Pentaqon süni peykləri təmir edəcək kosmik robotlar axtarışındadır

2019/04/860x3-1555742402.jpg
Oxunub: 494     16:39     20 Aprel 2019    
Pentaqonun tədqiqat idarəsi ABŞ-ın orbitdəki süni peyklərinin təmirini həyata keçirə biləcək kosmik robotlar hazırlamağı düşünür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda ABŞ-ın Yerin geosinxron orbitində (GEO – yerdən 22 min mil yüksəklikdə olan səmavi cığır) 400-dən çox hərbi, hökumət və kommersiya peyki mövcuddur.

Bu, çox yüksəkdə dövr edən peyklər telekommunikasiya, metereologiya və müəyyən hərbi fəaliyyətlər üçün ideal olsa da, hərdən sıradan çıxa bilir. Kosmosda nəyisə təmir etmək demək olar ki, mümkünsüzdür.

ABŞ-ın Müdafiədə Qabaqcıl Tədqiqat Layihələri İdarəsi (DARPA) kosmik əsaslı robotların bunu mümkün edə biləcəyini düşünür. Qurumun başlatdığı Geosinxron Peyklərin Robot Xidməti proqramı altında yeni peyklərin təmirini və baxımını həyata keçirə biləcək robotların və onları kosmosa daşıyacaq kosmik daşıyıcıların hazırlanması üçün geniş yatırımlar edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   Süni-Peyk   Robot  

Pentaqon süni peykləri təmir edəcək kosmik robotlar axtarışındadır

2019/04/860x3-1555742402.jpg
Oxunub: 495     16:39     20 Aprel 2019    