ABŞ ordusu gerçəkliyi artırılmış gecəgörmə eynəkləri üzərində işləyir

2019/04/us-mi-1554795855.jpg
Oxunub: 662     19:13     09 Aprel 2019    
ABŞ ordusu artırılmış gerçəklik imkanlarına sahib yeni gecəgörmə eynəklərinin təkmilləşdirilməsi istiqamətində işlər görür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, eynəyin kompas kimi istifadə edilə biləcəyi və nişanalma sisteminə malik olmasının gözlənildiyi bildirilir.

Lakin mühəndislərin məqsədinin bundan daha ambisiyalı olduğu və quru qoşunlarının çox ciddi texnoloji yeniliklə tanış olacağı da gəzən söyləntilər arasındadır. Draft versiyası hazır olan eynək əsgərlərə döyüş meydanında daha böyük kommunikasiya və koordinasiya imkanı qazandıracaq.

Bununla yanaşı o, başqa bir neçə vacib xüsusiyyəti də özündə birləşdirə bilər. Bunlara xəritədə əsgərə xüsusi nöqtəni göstərmək, bu nöqtənin ətrafdakı hansı məntəqəyə uyğun olması, əsgərlərin görə bilmədiyi digərlərinin yerləşmə nöqtələrinin göstərilməsi və s daxildir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Eynək  

ABŞ ordusu gerçəkliyi artırılmış gecəgörmə eynəkləri üzərində işləyir

2019/04/us-mi-1554795855.jpg
Oxunub: 663     19:13     09 Aprel 2019    