ASELSAN infraqırmızı dedektorları milliləşdirir

2019/04/thumb-1554710739.jpg
Oxunub: 492     19:04     08 Aprel 2019    
ASELSAN kəşfiyyat, müşahidə, raket axtarıcı başlıq, nişanalma sistemlər, PUA-lar və Türkiyənin milli döyüş təyyarəsinin elektro-optik sistemləri kimi bir çox platformada istifadə oluna biləcək infraqırmızı dedektorları özü istehsal edəcək.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin qabaqcıl texnologiya mərkəzi ASELSAN tərəfindən, yüksək qabiliyyətli hərbi sistemlərin əsas komponentlərindən infraqırmızı dedektorların təkmilləşdirilməsi, istehsalı və platformalara inteqrasiyası sahəsində ciddi nailiyyətlər əldə edilib.

Uzun və əhatəli araşdırmalar nəticəsində əldə edilən infraqırmızı dedektor texnologiyasında elm və texnologiyanın ən qabaqcıl imkanları istifadə edilir. Bu sahədəki tətbiqlər təsir və üstünlük təmin edilir, ümumilikdə isə başqa kritik texnologiyanın istehsalına imkan hazırlayır.

Son illərdə edilən gərgin çalışmalar sayəsində orta dalğaboyu infraqırmızı bandda çalışan, 640x512 formatındakı, 15 mikrometr piksel addıma sahib civə kadmium tellur əsaslı dedektorlar da ASELSAN tərəfindən istehsal edilə biləcək hala gəlib. Bu dedektorlar isə əsasən kəşfiyyat müşahidəsi, raket axtarış başlığı, nişanalma sistemləri, PUA-larda istifadə ediləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ASELSAN  

ASELSAN infraqırmızı dedektorları milliləşdirir

2019/04/thumb-1554710739.jpg
Oxunub: 493     19:04     08 Aprel 2019    