ABŞ QQ yeni EM proqramı ilə nə axtarır

2019/02/3URPX-1551081697.jpg
Oxunub: 750     12:32     25 Fevral 2019    
ABŞ Quru Qoşunları yeni planlaşdırdığı elektron proqramı ilə bağlı texnologiya firmaları ilə konfrans keçirib və bu barədə rəyləri qəbul edib. ABŞ QQ-nin özünün çoxfunksiyalı elektron müharibə sisteminə alternativ kimi düşündüyü “Yer Təbəqə Sistemi” (YTS) quruda istifadə üçün nəzərdə tutulmuş birləşdirilmiş elektron müharibə və siqnal kəşfiyyat sistemidir.

Ötən ayın 23-də baş tutan konfransda QQ-nin öncəki və yeni planları arasında mövcud olan əsas fərqlər göstərilib. Bunlar Avropa və digər yerlərdən imkanlar boşluğunu bağlama cəhdlərindən meydana gələn təcili ehtiyaclar, sürət prototipinin üç ili, elektron müharibəyə yanaşma, siqnallar kəşfiyyatı, kiber və kosmos, kəşfiyyat cəmiyyətindən tələb olunan qabaqcıl proqram imkanları və yeni milli müdafiə strategiyasıdır.

YTS siqnal kəşfiyyatı, elektron müharibə və kiber imkanları bir-birilə birləşdirir. Bu ABŞ QQ-nin taktiki bölmələri üçün daha adaptiv olmaqla yanaşı, sistemlərin istifadə müddətləri boyunca davamlı innovasiyasını təmin edəcək.

ABŞ QQ-nin rəsmiləri daha öncə YTS-in sürətli həll yolu kimi ənənəvi mənimsəmə yolunu tutmayacağını və əsgərlərin həm faydalı təcrübə, həm də daha böyük imkanlar qazandıracağını bildiriblər.

“Biz bunu gələn həftə yerləşdirəcəyik? Xeyr təbii ki, bu zəruri deyil, amma biz bunu on ilə də saxlamayacağıq, qarşıdakı 2-3 il ərzində əldə edəcəyik”, - deyə polkovnik Cennifer Makafi bildirib.

Qeyd edək ki, YTS-in ilkin dizaynı manevr bölmələrinə dəstək məqsədilə ekspedisionar olacaq. Onun üzərində isə sonrakı arxitekturaların işlənib hazırlanması və daha da təkmilləşdirilməsi nəzərdə tutulub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   EM  

ABŞ QQ yeni EM proqramı ilə nə axtarır

2019/02/3URPX-1551081697.jpg
Oxunub: 751     12:32     25 Fevral 2019    