DARPA SZ sayəsində əsgərlərin telepatiya ilə maşınları idarə edə biləcəyini düşünür

2019/02/860x3-1550308345.jpg
Oxunub: 905     16:11     16 Fevral 2019    
Pentaqonun Müdafiə üzrə Qabaqcıl Tədqiqat Layihələr İdarəsi (DARPA) insanların öz düşüncələri ilə maşınları idarə etməsinə imkan verəcək süni zəka ərsəyə gətirməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, DARPA əsgərlərin beyin və bədənlərini hərbi sistemlərlə əlaqələndirəcək texnologiyaların əldə edilməsində süni zəkanın nə kimi töhfə verə biləcəyini araşdırır.

SZ-nin yeni nəsil neyrotexnologiyada istifadəsi yollarını araşdırmaq üzrə DARPA-da yeni komanda formalaşdırılıb. Komandanın tapşırığı insanların öz düşüncələrilə robotları idarə etmə imkanlarını araşdırmaqdır.

Bəzilərinə bu, mümkünsüz kimi səslənsə də, bunun artıq bir sıra təcrübəsi var. Sinir interfeysi bu vaxta qədər protez bədən üzvlərinin idarəsi, dronların uçurulması və düşüncələrin mətnə köçürülməsi kimi şeylərdə istifadə edilib. Yeni Zəka Sinir İnterfeys proqramı ilə isə DARPA artıq SZ-dən istifadə ilə bu sistemlərin necə davamlı, səmərəli və effektiv hala gətirilə biləcəyini araşdıracaq.

Bu mənada tədqiqatçıların üzləşə biləcəyi əsas çətinliklərdən biri texnologiyanı beynin sağ tərəfində saxlamaq olacaq. Beynimiz daimi olaraq öz neyronlarını dəyişir, köhnələri itirildikcə, yeniləri əldə edilir, buna görə də neyron əlaqəsi dəyişdikcə maşınların da yenidən tənzimlənməsi lazım olacaq.

Lakin süni zəka vasitəsilə tədqiqatçılar interfeysin bu dəyişiklikləri avtomatik olaraq öyrənib, öz-özünü tənizmləyə biləcəyinə inanırlar. Proqramın ilk mərhələsində komandalar neyronlar dəyişərkən interfeysi tənzimləyəcək alqoritmlər yazmağa çalışacaq. İkinci mərhələdə isə sinir interfeysinin başqa bir məhdudiyyəti – insan bədənin proqrama uyğun istifadəsi üzərində çalışacaq.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DARPA   SZ  

DARPA SZ sayəsində əsgərlərin telepatiya ilə maşınları idarə edə biləcəyini düşünür

2019/02/860x3-1550308345.jpg
Oxunub: 906     16:11     16 Fevral 2019    