Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə kompaniyanın adaptiv sensorlar bölməsinin sədri Coşua Nidzviecki bildirib.
Onun sözlərinə görə, yeni təkmilləşdirmə işlərindən sonra bu sistem istifadəçiyə hava məkanında mövcud olan təhdidlərə qarşı əlavə üstünlüklər təmin edəcək. Onun müxtəlif variantları və konfiqurasiyalarının ərsəyə gətirilməsi də planlaşdırılıb ki, bu da müxtəlif şəraitə uyğun versiyaların istifadəsinə imkan verəcək.
Eyni zamanda SIGINT sistemləri sayəsində analitiklər düşmənin kommunikasiya siqnal məlumatlarını dəyərləndirə, onlarla bağlı mühakimə yürüdə və nəticə çıxara biləcəklər.
Ağalar Ağalarlı
Ordu.az