“Northrop” infraqırmızı mübarizə sistemləri istehsal edəcək

2019/01/north-1546951137.jpg
Oxunub: 30644     20:37     08 Yanvar 2019    
“Northrop Grumman” ABŞ Hərbi Hava Qüvvələri ilə infraqırmızı mübarizə sistemlərinin (LAIRCM) istehsalı və dəstək xidməti ilə bağlı müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kompaniyanın mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, müqavilənin dəyəri 3,6 milyard dollardır və görülməsi planlaşdırılan işlərin 2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən sistemlər təyyarə heyətini aşkarlanmadan, izlənilmədən və hər hansısa elektron müdaxilədən müdafiə edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İnfraqırmızımübarizəsistemləri   NorthropGrumman  


Bizi "telegram"da izləyin