Qlobal Avionika Bazarı 2019-2023

2019/01/456-1546522178.jpg
Oxunub: 31626     17:28     03 Yanvar 2019    
Qlobal Avionika Bazarı araşdırması göstərir ki, bu texnologiyalar qarşıdakı illərdə də tələbatın artması fonunda bazardakı payını genişləndirəcək.

Ordu.az xəbər verir ki, “Qlobal Avionika Bazarı 2019-2023” adlı bazar araşdırması “Industry Today” tərəfindən yayımlanıb.

Avionika sistemləri aviasiya və elektronikanın birləşməsini özündə ehtiva edir. Avionika sistemləri platformanın işlənməsi üçün istifadə olunan elektromexaniki elementlər və elektron qurğulardan ibarətdir. Bunlara kommunikasiya üçün avadanlıq, pilot kabinəsinin ekranı, nəzarət, monitorinq və naviqasiya sistemləri, o cümlədən digər elektromexaniki sistemlər daxildir.

Bu sahədə aparıcı rola malik şirkətlər sırasında “Garmin”, “Honeywell”, “Rockwell Collins”, “Thales”, “United Technologies”, “Teledyne Technologies”, “L3 Technologies”, “Curtiss-Wright” yer alır.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: QlobalAvionikaBazarı  


Bizi "telegram"da izləyin