NI: F-35-lər lazer silahları ilə birləşərsə nə baş verəcək?

2018/12/f-35a-1543843776.jpg
Oxunub: 2565     19:41     03 Dekabr 2018    
ABŞ HHQ yüksək texnologiyalı lazer silahlarının qırıcılar və dronlarda istifadəsi ilə bağlı hazırlıqlar görür. Bu silahlar sayəsində istənilən hədəf yüksək dəqiqliklə vurula biləcək və düşmən məntəqələrini səmadan müəyyən etmək mümkün olacaq.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ rəsmiləri məlumat verib.

Məlumata görə, gücü 100 kilovata çatacaq lazer silahlarının ilk sınaqları 2021-ci ildə həyata keçiriləcək. Silah tədqiqatçıları, həmçinin silahların hədəfi daha rahat izləməsi üçün bələdçi mexanizmlər üzərində də işləyirlər.

HHQ rəsmilərinə görə, silahlar əvvəl C-17 və C-130 kimi iri platformalarda, müəyyən kiçiltmə işləri aparıldıqdan sonra isə F-15, F-16 və F-35 qırıcılarında sınaqdan keçiriləcək.

Qeyd edək ki, yeni lazer silahları daha az xərclə, daha yüksək effektivliyə malik olmağa imkan verəcək. Çünki, bir təyyarədən 6 və ya 7 raket atmaq yerinə, yüksək enerjili bu silahlar vasitəsilə minlərlə atış həyata keçirilə biləcək. Bundan əlavə lazerlər yaxınlaşan düşmən raketini partlayışa səbəb olmadan əritmə bacarığına malik olacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   Lazer  


Bizi "telegram"da izləyin