Türkiyə UH-1 helikopterlərini yerli istehsalla əvəzləyəcək

2018/11/UH-1H-1543469252.jpg
Oxunub: 3762     09:26     29 Noyabr 2018    
Türkiyə 2020-ci ilə qədər UH-1 hərbi helikopterlərinin istifadəsini dayandırmağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyədən olan hərbi mənbə bildirib.

Qeyd edək ki, Birləşmiş Ştatların “Bell Helicopter” şirkəti tərəfindən istehsal edilən bu helikopterlər hərbi pilot təlimində istifadə edilir

Məlumata görə, bunun əvəzində Türkiyə ordusu gələcəkdə pilot təlimlərində “Türk Havacılık Sanayi”nin istehsal etdiyi helikopterlərdən istifadə etməyi planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   UH-1  


Bizi "telegram"da izləyin