Daşına bilən Hava Hücumundan Müdafiə sistemləri - FIM-43 "Redeye" (II Yazı)

2018/11/4-6166640128.jpg
Oxunub: 1314     11:02     08 Noyabr 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

ABŞ Ordusu tərəfindən qəbul edilən ilk daşınan zenit raket sistemi, FIM-43 "Redeye" (Qırmızı Göz) olub. Bu kompleks aşağıdan uçan vasitələri, o cümlədən helikopterləri, təyyarələri və pilotsuz aparatlar kimi hədəfləri məhv etmək üçün nəzərdə tutulurdu. Kompleksin inkişafı ilə həmin dövrdə "General Dynamics" korporasiyasının filialı olan "Convair" şirkəti məşğul ourdu. 1980-ci illərin əvvəllərində təkmilləşdirilən "Stinger" DZRK ilə kütləvi dəyişilməsinə baxmayaraq, bu komplekslər 1995-ci ilə qədər ABŞ ordusunda istifadə edildi.

Ümumilikdə, ABŞ-da istehsal müddətində 85000-ə yaxın FIM-43 "Redeye" kompleksi istehsal edilib. Ondan ABŞ ilə bərabər aktiv şəkildə digər ölkələrə də ixrac edilirdi. "Redeye" və onun dəyişik modelləri müxtəlif dövrlərdə Almaniya, Danimarka, Hollandiya, Avstriya, İsveç, İordaniya, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, Tayland və digər ölkələr daxil olmaqla, ümumilikdə 24 ölkədə xidmət göstərib.

1955-ci ildə ABŞ-ın "Convair" şirkəti tərəfindən döyüş sahəsindəki hərbi hissələrin havadan qorunmasını təmin etmək üçün nəzərdə tutulan yüngül daşınan zenit kompleksinin ilk prototiplərinin inkişafına start verildi. 1956-cı ildə ABŞ Müdafiə Nazirliyi həyata keçirilən işlərin ilk nəticələrini nümayiş etdirdi. Lakin "Redeye" adı verilən yeni kompleksin dizaynı ilə bağlı tammiqyaslı fəaliyyətə yalnız 1958-ci ilin aprelində başlanıldı.

FIM-43 "Redeye" DZRK

1961-ci ildə ABŞ-da ilk olaraq XM-41 indeksi (sonralar XMIM-43) qəbul edən yeni kompleksin sınaq atışları baş tutdu. 1962-ci ilin dekabrın 14-də yeni DZRK-dan atılan raket 300 metr yüksəklikdə 450 km/saat sürətlə uçan QF-9F hava hədəfini uğurla məhv etdi. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi kompleksin ordu silahlanmasına rəsmi qəbul edilməsini gözləmədən 1964-cü ildə komplekslərin kütləvi istehsalına dair müqavilə imzaladı. Bu cür tədbirlər DZRK-nın "arktik"dən "tropik"ə qədər müxtəlif zonalarda tamhəcmli sınaqlarını aparmağa imkan verdi. 1968-ci ildə nəhayət FIM-43 "Redeye" kompleksi FIM-43A markası altında ABŞ Ordusu və Dəniz Piyada Korpusu tərəfindən silahlanmaya qəbul edildi. Daha sonra, kompleksin B, C və D indeksləri ilə daha üç modeli yaradıldı.

FIM-43 "Redeye" daşınan zenit raket kompleksi aşağıdakı hissələrdən ibarətdir:

- Nəqliyyat-atıcı konteynerindəki idarə olunan zenit raketi;
- Optik nişangaha və enerji mənbəyinə malik atıcı qurğu.

Atıcı qurğu raketin buraxılması üçün lazım olan elementləri özündə birləşdirir. DZRK-ların döyüşə hazırlanmasında atıcı qurğu birbaşa nəqliyyat-atıcı konteynerindəki idarəolunan zenit raketi ilə birləşdirilir. FIM-43 kompleksinin idarəolunan zenit raketinin özü birpilləlidir, "ördək" aerodinamik sxeminə uyğun olaraq hazırlanıb, buraxıldıqdan sonra ön tərəfdə + formalı, quyruq hissəsində isə sabitləşdirici idarəetmə pərləri (rullar) açılır.

İdarəolunan zenit raketinin baş hissəsində atmosferin infraqırmızı diapazonda şəffaflığından istifadə edərək, mühərrikin istilik kontrastı ilə hava hədəfini izləyən termal özütuşlanan başlıq (ÖTB) yerləşdirilib. Bu ÖTB freonla soyudulur, termal başlığın detektoru isə qurğuşun sulfiddən hazırlanır. Tuşlama başlığından sonra isə korpusda proporsional yanaşma metoduna görə özünü idarə edən avadanlıqlar üçün bölmə mövcuddur. Daha sonra isə qəlpəli-fuqas döyüş başlığı, qoruyucu və özünü sıradan çıxaran qurğu yerləşir.

Quyruq hissəsində birkameralı, qatı yanacaqlı, start və marş mühərrikləri mövcuddur.

FIM-43 "Redeye" təkamülü

Hava hədəfinin axtarışı və onun izlənməsi, 25 dərəcəlik müşahidə bucağına və 2.5 qat böyütməyə malik optik nişangah ilə həyata keçirilirdi. Partlayıcılar kontaktlı və kontaktsız idi. Hava hədəfi bir kiloqramdan çox ağırlığında olan qəlpəli-fuqas başlıqla məhv edilirdi.

Döyüş başlığının ikiqat korpusu daxildən qəlpələnməsi planlaşdırılan xüsusi kəsiklərə malikdir, onlar partlayış zamanı hər biri səpilmə sürəti 900 m/s təşkil edən, 15 qram ağırlığında 80 ədəd qəlpənin əmələ gəlməsinə səbəb olur.

Bu DZRK-nın M171 atıcı qurğu kompleksinin tərkibi şüşə-plastikdən hazırlanan və zenit raketləri üçün qermetik konteyner kimi istifadə edilən atıcı borudan, atıcı qurğudan, tapança dəstəyindən, amortizasiya dayağından və qutuda yerləşən nişangahdan ibarətdir. Atıcı qurğu qoruyucu, aktivləşdirmə qiroskopunun qolu, tətik, hədəfə kilitlənmə qurğusu və batareyanı özünə birləşdirən elektrik yuvası ilə təchiz olunub. Batareyadan kompleksin elektrik şəbəkəsinə və freona tuşlama başlığının infraqırmızı qəbuledicisinin həssas elementini soyutmaq üçün cərəyan ötürülür.

Optik nişangahın müşahidə sahəsində əsas vizir xətti, iki ədəd atəşi nizamlamaq üçün köməkçi xətlər, ÖTB döyüşə hazırlığı və onun tərəfindən hədəfin ələ keçirilməsini bildirən siqnallardan ibarət hədəf toru yerləşdirilib.

FIM-43 "Redeye" DZRK yaxşı görüntü şəraitində müxtəlif aşağıdan uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulurdu. Kompleksdən atəş yalnız təqib kurslarında həyata keçirilir. Müəyyən edilən hava hədəfinə atəş açmaq üçün kompleksin operatoru əvvəlcə DZRK-nı atəşə hazırlamalı (qoruyucunu döyüş vəziyyətinə keçirir), təyyarəni optik nişangahda ələ keçirərək izləyir. Hədəfin infraqırmızı şüalanması raketin ÖTB qəbuledicisi tərəfindən qəbul edilən anda səsli və əyani siqnallar aktivləşdirilir. Kompleksin operatoru hədəfi nişangahdan təqib etməyə davam edir, hədəf atəş zonasına daxil olma anını müəyyənləşdirir və tətiyi çəkir. Bundan sonra zenit raketinin enerji təchizat mənbəyi döyüş rejiminə keçir, start mühərrikinin yanacağı alışır, raket atıcı borunu tərk edir, atıcıdan 4.5-7.5 metr aralı məsafədə isə marş mühərriki işə düşür.

Buraxıldıqdan təxminən 1.6 saniyə sonra raket başlığının qoruyucusu söndürülür. Raketin hazırlanmasına təxminən 6 saniyə vaxt sərf edilir, batareya isə 40 saniyə çalışır. Hədəfdən yayınması halında raket özü-özünü məhv edir.

FIM-43C "Redeye" buraxıldıqdan sonra

Raketin ÖTB-nin ələ keçirmə məsafəsi, hava hədəfinin şüalanmasının gücündən asılıdır. Məsələn taktiki qırıcılarda bu göstərici 8 kilometrə bərabərdir. Manevr etməyən hava hədəflərinin kompleksin bir mərmisi tərəfindən məhvedilmə ehtimalı 0.3-0.5 səviyyəsində qiymətləndirilir. FIM-43 "Redeye" DZRK-da hədəflərin mənsub olan ölkəni təyin etməsi üçün "özümün-özgənin" sistemi yox idi. Passiv bir istilik başlığından istifadə raketin buraxılmasından sonra operatordan uçuşun idarəedilməsində kompleks iştirakı tələb etmirdi. Tətbiq edilən "atdım-unutdum" prinsipi DZRK operatorlarının təlim prosesini böyük dərəcədə asanlaşdırırdı.

ABŞ ordusunda daşınan kompleksin əsas döyüş vahidi iki nəfərdən ibarət atəş heyəti idi: atıcı-operator və onun köməkçisi.

Maraqlıdır ki, 1980-ci illərin sonlarında ABŞ mətbuatında xüsusi olaraq bildirilirdi ki, Sovet İttifaqının "Strela-2" (9K32) DZRK-sı, SSRİ-nin hərbi-texniki kəşfiyyat orqanlarının uğurlu işi kimi hərbi-sənaye kompleksi tərəfindən tərs mühəndislik üsullarından istifadə edilərək yaradılıb. Sobet kompleksinin sınaqlarını ABŞ orijinalından daha əvvəl keçirərək silahlanmaya daha əvvəl qəbul olunması da faktdır.

ABŞ FIM-43 "Redeye" DZRK-nın əsas mənfi cəhətləri aşağıdakılardır:

- Təyyarələri yalnız arxa yarımkürədən məhv etmək imkanı;
- Optik nişangahın məhdud müşahidə bucağı;
- ÖTB-nin zəif maneədən qorunması nəticəsində raketlər istilik tələlərinin köməyi ilə döyüş kursundan istiqamətini dəyişirdi;
- Batareyanın qısa çalışma müddəti, nəticədə təcrübəsiz və yetərincə təlim keçməyən operatorlar heç də həmişə hava hədəfinin aşkarlanması və raketin buraxılması arasındakı intervalda, yəni 40 saniyə ərzində hədəfi aşkar edib, izləyib və atəş açmağa müfəffəq ola bilmirdilər.

ABŞ-ın "Redeye" DZRK-ları Əfqanıstanda mücahidlər tərəfindən Sovet aviasiyası əleyhinə olduqca fəal istifadə edilib. Döyüş əməliyyatları təcrübəsi haqqında analiz hazırlayan rusiyalı mütəxəssislər bildirir ki, istilik axtaran başlıqların helikopterləri zəmanətli ələ keçirilməsi yalnız 1500 metrə qədər məsafədə mümkün idi, demək olar ki, əksər hallarda termal tələlərin buraxılması kompleksin raketlərini istiqamətindən yayındıra bilirdi. Lakin bu analizlər, Sovet qoşunlarının Əfqanıstanda 400-dən çox helikopter itirməsi haqqında məlumatlarla ziddiyyət təşkil edir.

Sonradan Sovet helikopterlərinə quraşdırılan LVV 166 "LIPA" impulslu infraqırmızı maneə stansiyası FIM-43 "Redeye" kompleksinin raketlərinin hədəfi məhvetmə ehtimalını ciddi şəkildə azaltdı. Döyüş istifadə təcrübəsi göstərir ki, raketlərdə istifadə edilən hər iki növ partlayıcılar kifayət qədər etibarlı hesab edilmirdi. Raket bəzən helikopterin korpusundan bir neçə santimetr aralıda partlamadan uçub keçirdi, bəzən isə zirehə birbaşa zərbə endirən raket sadəcə duraluminium örtükdə partlamadan ilişib qalırdı. Mütəxəssislər bu kimi halları DZRK heyətlərinin aşağı hazırlıq səviyyəsi və raketlərin saxlanma şəraitinin təlimata uyğun olmaması ilə əlaqələndirirlər.

Müxtəlif zamanlarda Əfqanıstan mücahidləri ABŞ-ın FIM-43 "Redeye" DZRK-nın köməyi ilə iki Sovet Mi-24D helikopterini və bir Su-25 hücum təyyarəsini fərqli metodlarla məhv ediblər. Hadisələrdən birində raket 32-24 nömrəli NAR UB blokuna tuş gəldiyinə görə döyüş sursat dəstini partladıb və helikopter ekipajla birlikdə məhv olub. İkinci halda isə təyyarəyə yönəldilən raket ona arxa tərəfdən zərbə endirərək yanğına səbəb olub. Daha sonra iki ədəd raket atəşə istiqamətlənərək buraxılıb. Nəticədə qırıcı idarəetməni itirib və qəzaya uğrayıb, ekipaj isə həlak olub. İkinci helikopterin də məhv edilməsi qırıcının vurulması ssenarisindən fərqlənməyib.

ÖTB-nin ilk modellərinin eyni fona malik şəraitdə uçan vasitələrin kontrast istilik suluetlərinə yönəldiyini anlamaq vacibdir. İlk nəsil "Stinger" kompleksləri də daxil olmaqla, DZRK-ların yeni modellərində raketlər reaktiv mühərriklərin dəliklərindən çıxan yanar "quyruqları" (infraqırmızı spektrdə ən intensiv şüalanma burada yaranır) hədəf alırdı. Bütün mənfi və müsbət cəhətlərinə baxmayaraq, "Redeye" kompleksi bir neçə yenilənmələrdən keçərək ABŞ və müttəfiq ordularda əsas DZRK modeli olaraq üzün müddət silahlanmada mövcudluğunu davam etdirdi.

FIM-43C "Redeye" kompleksinin taktiki-texniki xüsusiyyətləri:

- Hədəflərin məhv edilmə məsəfəsi - 4500 metr;
- Hədəflərin məhv edilmə yüksəkliyi - 50-2700 m;
- Raketin maksimum sürəti - 580 m/s;.
- Hədəfin maksimum sürəti - 225 m/s;
- Raketin çapı - 70 mm;
- Raketin uzunluğu - 1400 mm;
- Raketin başlanğıc kütləsi - 8.3 kq;
- Raket başlığının kütləsi - 1.06 kq;
- Döyüş vəziyyətində kompleksin kütləsi - 13.3 kq;
- Raketin buraxılması üçün hazırlıq müddəti - təxminən 6 saniyə.

Məlumat Yuferev Sergeyin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: DZRK   Redeye  

Daşına bilən Hava Hücumundan Müdafiə sistemləri - FIM-43 "Redeye" (II Yazı)

2018/11/4-6166640128.jpg
Oxunub: 1315     11:02     08 Noyabr 2018    