Qarabağda erməni əsgər öldü

2018/01/dagliq-qarabagda-ermeni-esger-olub345_1516092290.jpg
Oxunub: 2822     16:43     16 Yanvar 2018    
İşğal altında olan Qarabağda erməni əsgər ölüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 16-da, saat 01:15 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda, erməni əsgər 1998-ci il təvəllüdlü Harutyun Vanya Xaçatryan ölüb.

Erməni əsgərin hansı şəraitdə öldüyü bilinmir. Hadisənin detallarını müəyyənləşdirmək üçün istintaq aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Erməni-əsgər   Ölüm   Təxribat  


Bizi "telegram"da izləyin