Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sovet İttifaqı millətləri üzrə keçmiş müşaviri, tanınmış amerikalı politoloq Pol Qobl bildirib.
Amerikalı diplomat, vasitəçilərin Dağlıq Qarabağda mexanizmlərin tətbiqi məsələsində razılıq əldə edəcəkləri təqdirdə, bunun ilin ən böyük nailiyyət olacağını bildirib.
"Böyük ehtimalla, görüş hər hansı bir irəliləyişlə başa çatmayacaq. İrəliləyiş üçün heç bir ön şərtlər yoxdur. Əgər vasitəçilər Dağlıq Qarabağda mexanizmlərin tətbiqi məsələsində razılıq əldə etsələr, bu ilin ən böyük nailiyyət olacaq, daha artığını gözləmək məntiqssizlikdir", - deyə Qobl bildirib.
Alpər Mövludoğlu
Ordu.az