Düşmən ötən günkü təxribatını etiraf etdi - DETALLAR

2018/01/2221461757793182015274_1000x669456456_1515999695.jpg
Oxunub: 3790     14:56     15 Yanvar 2018    
Ötən gün, işğal altında olan Qarabağda yerləşən qanunsuz erməni hərbi birləşmələri tərəfindən Ağdam rayonunun kəndləri atəşə tutulub.

Düşmən atəşi intensivləşdirərərək, səhər 10:30 radələrində Ağdamin Mirəşelli kəndini hədəfə alıb. Nəticədə kənd sakini Məmmədov Elman Mütəllim oğluna məxsus "T-28" markalı traktora ziyan dəyib.

Adətən düşmən bənzər təxribatları qəbul etmir və bunun dezinformasiya olduğunu bildirir. Ordu.az xəbər verir ki, bu gün Operativ.am saytında "Azərbaycan ordusunun səhvi nəticəsində kəndlilərin evləri və texnikaları zərər çəkir" başlıqlı məqalə dərc olunub. Məqalədə həyata keçirilən təxribatdan yayınmağa cəhd edilsə də, əslində törədilən təxribat etiraf edilib.

"Azərbaycan ordusunun səhv siyasəti nəticəsində kəndlilərin evləri və texnikaları zərər çəkib, çünki düşmən əsgərləri ənənəvi olaraq yenidən mülki sakinlərin arxasında gizlənirlər. Erməni tərəfinin istənilən atəşi düşməni susdurmağa istiqamətlənib", - deyə məlumatda bildirilib. Bununla da, düşmən Ağdamın kəndlərini atəşə tutduğunu bəyan edib.

Düşmən həyata keçirilən təxribatdan yayınmaq üçün, ordumuzun mülki sakinlər daxilində mövqe tutduğunu iddia edir. Baş verən proseslər hər birimizə 18 aylıq Zəhra Quliyevanın şəhid edilməsi ilə tanışdır. Düşmən o zaman da mülki sakinlərin hədəfə alınmasını ilkin olaraq təkzib etsə də, daha sonra qüvvələrimizin mülki sakinlər arasında olmasını iddia etməyə başladı. Bölgəyə baxış keçirən beynəlxalq nümayəndələr təbii ki, Ermənistan tərəfinin yalan məlumatlar yaydığını və səsləndirilən iddiaların əsassız olduğunu bildirdilər.

Qeyd edək ki, düşmənin bu cür aldadıcı bəyanatlar səsləndirməyə məcbur olması, əslində təxribatın həyata keçirildiyini etiraf etmələri anlamına gəlir.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   Qarabağ  


Bizi "telegram"da izləyin