Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin ATƏT- səfri Ancelino Alfanonun ötən gün Daimi Şurada çıxışına cavab müraciətində deyilir.
Bildirilir ki, Azərbaycan İtaliya sədrliyinin açıq, şəffaf və inklüziv yanaşmasını tam olaraq dəstəkləyir.
Bəyanatda bildirilib ki, Azərbaycan İtaliyanın bu çətin dövrdə təşkilata sədrliyin məsuliyyətini üzərinə götürmək istəyini yüksək qiymətləndirir. "Bizim italiyalı həmkarlarımız qarşıda duran vəzifələrin həyata keçirilməsində Azərbaycan nümayəndə heyətinin fəal və konstruktiv iştirakına ümid edə bilər", - deyə bəyanatda qeyd edilib.
Nümayəndə heyəti, həmçinin bəyanatda bildirib ki, mövcud münaqişələr milyonlarla insanı onların əsas hüquq və azadlıqlarından məhrum edir. Onların bu çətin vəziyyətini yalnız münaqişədə olan ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı əsasında ədalətin bərpası və qanunun aliliyi yolu ilə səmərəli şəkildə həll etmək mümkündür. Bəzi ölkələr tərəfindən tətbiq edilən ikili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərə mane olur.
Ordu.az