Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsinə etiraz edən “Elmin inkişafı naminə” təşəbbüs qrupunun iki üzvü David Petrosyan və Yura Avaqyan aclıq aksiyasına davam edir. David Torosyan erməni mətbuatına bildirib ki, gecə normal keçib və onlar aclıq aksiyasını davam edirlər.
Xatırladaq ki, dekabrın 18-də “Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvləri mübarizə aparmağı bərpa ediblər. Onlar iddia edir ki, hakimiyyət nümayəndələri ilə 1 aydır davam edən danışıqlar səmərəsiz keçib. Onların təklifləri qəbul edilməyib.
Tələbələr təslim olmamağa və onların tələbləri ilə hesablaşanadək sərt addımlar atmağa qərar veriblər. Təşəbbüs qrupunun iki üzvü David Petrosyan və Yura Avaqyan fizika fakultəsinin otaqlarından birində, bağlı qapı arxasında müddətsiz aclıq aksiyasına başladıqlarını bildiriblər.
Alpər Mövludoğlu
Ordu.az