Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün "Elmin inkişafı naminə" təşəbbüs qrupunun bəzi üzvləri möhlət hüququnun ləğv edilməsinə qarşı yenidən aclıq aksiyasına başlayıblar.
"Elmin inkişafı naminə" təşəbbüs qrupunun üzvü Davit Torosyan sosial şəbəkə səhifəsində yaydığı məlumatda qeyd edib ki, hakimiyyətlə aparılan danışıqlar bir nəticə verməyib.
"Hakimiyyətlə müzakirələrin başa çatmasını hesab etməkdən və mübarizəni dayandığı yerdən davam etməkdən başqa yol qalmır. Mübarizə isə aclıq aksiyası mərhələsində qalmışdı", - deyə Torosyan deyib.
Alpər Mövludoğlu
Ordu.az