Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “France 2” telekanalına müsahibəsində bildirib.
“Dekabrın 9-da İraq baş naziri (Heydər əl-Abadi – red.) İŞİD üzərində qələbə qazanıldığını bəyan etdi. Düşünürəm ki, fevralın sonlarına Suriyada da müharibədə qalib gələcəyik”, - deyə Fransa prezidenti bəyan edib.
Bununla belə, o əlavə edib ki, Suriyada İŞİD-in bütünlükdə məhv edilməsindən sonra Suriya prezidenti Bəşər Əsədlə danışmaq lazım gələcək.
“Bəşər Əsəd Suriya xalqının düşmənidir, mənim düşmənim isə İŞİD-dir. Bəşər Əsədin hakimiyyətdə qalma səbəblərdindən biri onun bilavasitə bunun İran və ya Rusiya olmasından asılı olmayaraq qələbə qazananlar tərəfindən müdafiə edilməsidir. Odur ki, biz onunla və ya onun nümayəndələri ilə danışmaq istəmədiyimizi deyə bilmərik”, - deyə Makron vurğulayıb.
Ağalar Qəribov
Ordu.az