Ordu.az xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş gizir Fizuli Salahov bu gün doğulduğu Şabran rayonunun Gəndab kəndindəki qəbristanlıqda dəfn olunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şabran rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 1978-cil təvəllüdlü Fizuli Salahov Azərbaycan Ordusunda gizir kimi xidmət edib. Şəhid ailəli olub, iki oğlu yadigar qalıb.
Ordu.az