Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat bülletenində bildirilib.
“Gün ərzində Hələb vilayətində Mharim və Huari yaşayış məntəqələri döyüş əməliyyatlarının sonlandırılmasına dair razılaşma imzalayıb. Bununla da, barışıq rejiminə qoşulan yaşayış məntəqələrinin sayı 2301-ə çatıb”, - deyə bülletendə bildirilir.
Sənədə əsasən deeskalyasiya zonasında vəziyyət stabil olaraq qiymətləndirilir.
Ağalar Qəribov
Ordu.az