Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Hezer Nauert bəyan edib.
“Biz düşünmürük ki, suriyalılar böyük əksəriyyətlə Bəşər Əsədin prezident vəzifəsində qalmasını istəyərlər”, - deyə Nauert qeyd edib.
Mətbuat katibi qeyd edib ki, yeni prezident seçkilərində öz evlərini tərk etməyə məcbur olan sakinlər iştirak etməlidir.
“Suriyalı qaçqınlar səs vermək imkanına malik olmalıdırlar. Təsəvvür edin, Suriyada olan insanlar, üstəlik diasporlar səs verə bilsə, onlar yenidən xeyli sayda kişi, qadın və uşaqların ölümündən məsul Bəşər Əsədi prezident seçərlərmi? Mən buna şübhə edirəm, lakin nəticədə hər şey Suriya xalqından asılı olacaq”, - deyə Nauert bildirib.
Ağalar Qəribov
Ordu.az