“ABŞ-ın İran üzrə davranışlarını Pxenyan diqqətlə izləyir” - Ryabkov

2017/12/34534534_1512481941.jpg
Oxunub: 434     21:49     05 Dekabr 2017    
“ABŞ-ın İran razılaşmasından çıxması onların razılığa gələ bilməməklərindən xəbər verir, bununla belə, Vaşinqton KXDR-in onların diskussiya və fəaliyyətini izlədiyindən xəbərdar idi”.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Sergey Ryabkov bildirib.

“Əgər amerikalılar İranın nüvə proqramı üzrə razılaşmadan çıxarsa, bu yalnız onların razılığa gələ bilməmək bacarığının nümayişi olacaq, həm də kütləvi məhvetmə silahlarına dair problemlərin danışıqlar yolu ilə ilə həll etmə imkanını sual altına alacaq. Aydındır ki, Vaşinqtonun İran məsələsi üzrə davranışlarını hazırda Pxenyan diqqətlə izləyir və özündə müvafiq qənaətlər formalaşdırır”, - deyə Ryabkov İctimai Palatanın iclasında bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   İran   Nüvə  


Bizi "telegram"da izləyin