Ordu.az xəbər verir ki, təklifin əsaslandırılması üçün Ermənistan müdafiə nazirliyi rəqəmlər təqdim edib. 100 faizlik dövlət vəsaitli şirkət 5 il ərazində dövlət sifarişi əsasında ümumi qiyməti 2 milyon dollara yaxın silah istehsal edib.
“Şirkət əsasən atıcı silahları, artilleriya sistemlərinin təmiri və ordunun texniki xidmətinin təmini, məhvedici aviasiya vasitələrinin istehsalı ilə məşğuldur”, - deyə Razm.info saytı yazıb və tarixlər üzrə istehsal olunan məhsulun ümumi qiymətini qeyd edib.
Bildirək ki, e-gov.am saytının oxşar hesabatında bu maliyyə təfərrüatları qeyd edilməyib.
Korrupsiya risklərinin qiymətləndirilməsi üçün SUT.am saytı oxşar sorğunu müdafiə naziri Vigen Sarqsyana “Müdafiə Nazirliyi 2012-2017-ci illərdə “65-ci Hərbi Zavod”dan hansı qiymətə silah alıb?” sualı ilə birgə göndərib.
Bu soğruya cavab olaraq Ermənistan Müdafiə Nazirliyi məlumat təqdim etməkdən imtina edib.
Əsaslandırma bəndlərindən biri Ermənistan Müdafiə Nazirliyinin 9 iyul 2015-ci il tarixli “Ermənistan Müdafiə Nazirliyinin şifrələnməli olan genişləndirilmiş məlumatlar siyahısının təsdiqi barədə” qərarıdır.
Bu qərara uyğun olaraq, həm Razm.info, həm də dövlət saytları tərəfindən dərc edilən məlumatlar gizli materiallardır.
Həmçinin qeyd edək ki, bu, Müdafiə Nazirliyinin gizli məlumatının ictimaiyyət üçün açıq olduğu ilk belə hal deyil. Daha öncə dövlət saytlarında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin alışını həyata keçirdiyi məhsullar bardə məlumatlar da erməni KİV-lərində yer alıb.
Ağalar Qəribov
Ordu.az