Ordu.az son 24 saat ərzində Suriyada baş verən qarşıdurmaların qısa icmalını təqdim edir:
Suriya ordusu və müttəfiq qüvvələr: Hərasta və Şərqi Quta şəhərləri yaxınlığında “Ən-Nüsra Cəbhəsi” ilə vuruşurlar. Suriya ordusunun “İŞİD ovçuları” bölməsi daha öncə iki rus əsgərini edam edən qruplaşma rəhbərini aşkarlayaraq məhv edib.
Rusiya Aerokosmik Qüvvələri: Həma vilayətinin şərqində “Həyat Təhrir əş-Şam”ın hücumlarının qarşısını alır.
İŞİD: terrorçularını Fəratın qərb sahilinə keçirməyə çalışır. Deyr əz-Zorun şərqində kamikadzelərin Suriya ordusu mövqelərinə hücumunu planlaşdırır.
“Fəth əş-Şam Cəbhəsi”: Xüms vilayətinin şərqində yerləşən ər-Rubkan ərazisində mövqelərini möhkəmləndirir.
Dəməşq vilayəti: vilayətin şimal-şərqində yerləşən Hərasta şəhərinin ətrafında döyüşlər davam edir. “Damascus Now” agentliyinin məlumatına görə, İŞİD terrorçuları bu ərazidə Suriya ordusunun mövqelərini atəşə tutublar. Suriya Hərbi Hava Qüvvələrinin bombardmanı nəticəsində terrorçuların sığınacağı məhv edilib.
Şərqi Quta ərazisində isə atəşkəs davam edir. Lakun “Ən-Nüsra Cəbhəsi” və onunla əlaqədə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr regionda döyüşlər aparmağa davam edirlər.
Son gün ərzində Dəməşq şəhəri, xüsusiən də Rusiya səfirliyi yerləşən ərazi bir neçə dəfə terrorçuların hücumuna məruz qalıb.
Dəməşq vilayətinin cənub-qərb hissəsində Suriya Quru Qoşunları ilə “Həyat Təhrir əş-Şam” arasındakı təmas xəttində isə gərginlik davam edir. “Twitter” sosial şəbəkəsində @IvanSidorenko1 adlı istifadəçinin verdiyi məlumata görə, terrorçular Suriya qoşunlarının mövqelərinə yaxınlaşmağa davam edirlər. Yaxın zamanlarda terrorçuların ordunun Beyt Sabir və Xina yaşayış məntəqələrində yerləşən obyektlərinə hücum edəcəkləri də istisna edilmir.
Xüms vilayəti: Suriya ordusuna qarşı döyüşən silahlılar vilayətin şərqində yerləşən qaçqınlar üçün nəzərdə tutulan ər-Rubhan düşərgəsində yeni silahlı formalaşmalar quraşdırmaqda davam edirlər.
Deyr əz-Zor vilayəti: “Euphrates Post” portalının hərbi mənbələrinin sözlərinə görə, əl-Qarya, əl-Müsallaha və əs-Sayal yaşayış məntəqələrində Suriya ordusu və Rusiya Aerokosmik Qüvvələri ərazisinin İŞİD terrorçularından təmizlənməsini davam etdirir. Qeyd edilir ki, bu ərazidə qalan yüzlərlə terrorçu məhv edilməmiş Fərat çayının Əbu Həsən qəsəbəsi yerləşən istiqamətinə keçmək istəyirlər.
Ekspertlərin fikrincə, terrorçular yenidən bir araya gəlib növbəti hücumları planlaşdırmaq barədə düşünürlər. Onların toplana biləcəyi belə ərazi isə İraq sərhəddi yaxınlığında Bir as-Saba qəsəbəsidir.
Suriya ordusunun “İŞİD ovçuları” bölməsi isə daha öncə iki rus hərbçisi – Roman Zabolotnı və Qriqori Tsurakanı edam edən qruplaşma liderini aşkarlayaraq məhv edib. Qruplaşma rəhbəri və onun ətrafındakı terrorçuların məhv edilməsini təsdiq edən fotoşəkillər isə “Twitter” sosial şəbəkəsində yerləşdirilib.
Həma vilayəti: “Fəth əş-Şam Cəbhəsi” terrorçuları vilayətin şimal-şərqində Suriya ordusuna qarşı hücuma cəhd ediblər.
“Twitter” sosial şəbəkəsində @NatDefFor adlı istifadəçinin verdiyi məlumata görə, Suriya ordusu Rusiya bombardmançılarının köməyi ilə hücumu dəf edib.
Suriya müxalifətinə məxsu “Qalaat Al Mudiq” saytında isə Rəhacan və Umm Amal şəhərlərinin şərqində hökumət qüvvələrinin əhəmiyyətli obyektlər üzərində nəzarəti gücləndirdiklərini bildirib. Terrorçuların əraziyə hücumu gözlənilir.
Abu Acv kəndi yaxınlığında isə “Həyat Təhrir əş-Şam” və İŞİD terrorçuları arasında şiddətli döyüşlər baş verib. Ölən və yaralananların sayının dəqiqləşdirilməsi üzrə işlər gedir.
Ağalar Qəribov
Ordu.az