Ordu.az “Weibo” sosial şəbəkəsinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin mətbuat katibi Şen Tszinke bəyan edib.
“Bu günlərdə Çin Hərbi Hava Qüvələri Sarı və Şərqi Çin dənizlərinin akvatoriyasında döyüş qabiliyyətinin artırılması və ölkənin strateji maraqlarının müdafiəsi üçün hərbi təlimlər keçirib. Təlim günlkərində Hərbi Hava Qüvvələri qırıcı, uzaq radar aşkaralamsı və zenit-raket qüvvələrinin iştirakı ilə birgə manevrlər təşkil edib”, - deyə Tszinke bildirib.
Təlimlərin dəqiq keçirilmə tarixi, onlarda hansı növ və hansı sayda texnikanın istifadə edilməsi isə dəqiqləşdirilməyib.
Ağalar Qəribov
Ordu.az