“NATO Ukraynaya siyasi və praktiki dəstək verməyə davam edəcək” - Stoltenberq

2017/12/40_main56456_1512451803.jpg
Oxunub: 438     13:28     05 Dekabr 2017    
“Ölkənin üzləşdiyi çətinliklərə qarşı mübarizədə Ukraynaya edilən dəstək davam edəcək”.

Ordu.az saytının “interfax.com.ua” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO Baş Katibi Yens Stoltenberq danışıb.

“Ötən həftə Ukrayna prezidenti Petro Poroşenko ilə aramızda olduqca yaxşı görüş baş tutdu. O, mənim evimə təşrif buyurmuşdu. Biz Ukraynanın üzləşdiyi çətinliklərə qarşı aparılan müharibə və Rusiyanın bölgədəki vəziyyəti qəlizləşdirmə cəhdləri haqda müzakirələr apardıq”, - deyə Stoltenberq əlavə edib.

O, Ukraynanın ərazi bütövlüyü üçün verilən güclü dəstəyin davam edəcəyini bir daha təsdiqlədiyini deyib.

Daha sonra isə “biz müxtəlif səviyyələrdə bir neçə görüş keçirdik. Həmçinin tezliklə NATO-Ukrayna Komissiyasının görüşü də baş tutacaq. Gördüyünüz kimi, bizim dialoqlarımız davam edir”, - deyə Şimali Atlantika Şurasının bu yaxınlarda Kiyevə səfərini xatırladan Stoltenberq bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Stoltenberq  


Bizi "telegram"da izləyin