İrandan Makrona: Müdafiə xərcləri ilə bağlı danışıqlar sual altına düşə bilər

2017/12/image_650_365_1512383748.jpg
Oxunub: 477     18:32     04 Dekabr 2017    
“İran müdafiə və raket mövzularıyla bağlı istənilən danışıqlara qarşıdır”.

Ordu.az “Iran daily” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emanuel Makronun İranın raket proqramı ilə bağlı etdiyi sonuncu açıqlamarına cavab verən İran Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Bəhram Qasimi vurğulayıb.

“Fransız rəsmilər regionda baş verən hadisələrlə bağlı şərh verərkən daha diqqətli olmalıdırlar. İran heç vaxt müdafiə və raket məsələləri ilə bağlı danışıqlara icazə verməyəcək. İran İslam Respublikası bu kimi tələblərə qarşı lazımı qətiyyəti ortaya qoyur və öz siyasətini müstəqil formada müəyyən etmək hüququnu özündə saxlayır”, - deyə o əlavə edib.

Həmçinin Qasimi Fransa rəsmilərini regiondakı digər hadisələrlə bağlı şərh verərkən də regional həqiqətləri nəzərə almağa çağırıb.

İranlı diplomat yaxın gələcəkdə İran və Fransa siyasətçilərinin Tehranda görüşlərinin baş tutması üçün lazımi şəraitin təmin ediləcəyinə inandığını bildirib.

Həmçinin Qasimi əlavə edib ki, əgər İran terrorizmə qarşı mübarizə aparmasaydı, terrorizm nəinki Yaxın və Orta Şərqi, hətta Avropa və dünyanın digər hissələrini də əhatə edərdi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Fransa   Makron   Qasimi  


Bizi "telegram"da izləyin