Ukrayna və ABŞ hərbi dəniz donanmaları Qara Dənizdə birgə təlimlər keçirib

2017/12/1055405552_1512378283.jpg
Oxunub: 510     17:15     04 Dekabr 2017    
Ukrayna hərbi dəniz donanması ABŞ-ın “James Williams” esminesi ilə NATO standartlarına uyğun PASSEX tipli birgə təlimlər həyata keçirib.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidmətindən məlumat verilib.

“Dekabrın 2-də Ukrayna Qara Dəniz Qüvvələri ABŞ esminesi “James Williams” ilə PASSEX tipli təlimlər keçirib. Ukrayna donanmasından 2 ədəd Ka-27 helikopteri də təlimdə iştirak edib”, - deyə Ukrayna Silahlı Qüvvələri Donanmasının mətbuat xidməti bildirib.

Təlimlərin məqsədi NATO standartlarına uyğun olaraq tərfdaş ölkələrin gəmiləri ilə əməkdaşlığı gücləndirmək və standartlara uyğunluq səviyyəsini artırmaqdan ibarətdir.

Təlim zamanı Ukrayna Donanmasına məxsus helikopterlərin mürəkkəb hava şəraitində Amerika gəmilərinin göyərtəsinə endirilməsi manevrləri üzərində məşqlər edilib. Bundan əlavə, iştirakçılar NATO standartlarına uyğun hava hücumundan müdafiə təlimlərinə də qoşulublar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   Hərbi-təlimlər  


Bizi "telegram"da izləyin