Ordu.az saytı “Unian” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Terrorla Mübarizə Əməliyyatı (TMƏ) qərargahının mətbuat xidməti xəbər yayıb.
Hücumlar nitəcəsində 1 ukraynalı əsgərin öldürüldüyü, 4 əsgərin isə yaralandığı bildirilir.
TMƏ-nin baş katibliyi bildirib ki, işğalçıların tanklar və digər təmas xəttindən çıxarılmalı olan silahlarla Ukrayna mövqelərinə etdiyi hücumlar daha intensiv xarakter almağa başlayıb.
Luqansk ərazisində qaranlıq düşdükdən sonra düşmən Troyitske və Luqanska kəndləri yaxınlığında fəallaşıb. Burada seperatçılar 120 millimetrlik minaatanlardan istifadə ediblər.
Ağalar Ağalarlı
Ordu.az