Seul ABŞ-la birgə hərbi təlimləri müdafiə tədbiri adlandırıb

2017/12/1500187388432423_1512372125.jpg
Oxunub: 440     15:19     04 Dekabr 2017    
“Koreya Respublikası ABŞ-la birgə “Vigilant Ace 18” irimiqyaslı tədbirlərini müdafi tədbiri adlandırıb və Pxenyan tərəfindən bildirilən tənqidləri şərh etmək niyyətində deyil”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmə Nazirliyinin əməkdaşı Pek Te Xyon bəyan edib.

“Hərbi Hava Qüvvələrinin cari manevrləri müntəzəm əsaslarla keçirilir və istisnasız olaraq müdafiə xarakteri daşıyır. Hökumət Şimali Koreyanın bu məsələyə reaksiyasını şərh etməyəcək”, - deyə Xyon bildirib.

Xatırladaq ki, ABŞ və Cənubi Koreya bu gün tarixdə birgə ən böyük hərbi təlimlərə başlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Təlimlər  


Bizi "telegram"da izləyin