Azərbaycan, Türkiyə və Pakistan ortaq hərbi doktrina qəbul etməlidir – Hərbi ekspert

2017/12/24197218_1500864470032167_1772548720_o5454_1512295482.png
Oxunub: 3743     18:00     03 Dekabr 2017    
2017-ci ilin noyabrın 30-da Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asifin ilk üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib.

Sənəddə dövlətlər arasında strateji tərəfdaşlıq, dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişələrin siyasi yolla həllini tələb etmək, müdafiə və təhlükəsizlik sahəsində fəal əməkdaşlığın inkişafına hazırlıq kimi digər mühüm məsələlər ətrafında qərarlar qəbul edilib.

Nəticədə, tərəflər üçtərəfli görüşlərin illik əsasda, əlifba sırası ilə üzv dövlətlərdə müntəzəm olaraq keçirilməsi barəsində razılığa gəldilər. Növbəti görüş 2018-ci ildə İslamabadda keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın hər iki ölkə ilə ayrı ayrılıqda tərəfdaşlıq əlaqələri əvvəlcədən də mövcud idi. Əsas problemi Dağlıq Qarabağ və ətraf rayonlarının işğalı olan Azərbaycanı bütün beynəlxalq platformalarda birmənalı olaraq dəstəkləyən, azsaylı dövlətlərdən olan Türkiyə və Pakistanla hərbi-siyasi əlaqələr 1992-ci ildən, müstəqilliyimizin ilk günündən qurulub. Türkiyənin, Pakistanın və Azərbaycanın yerləşdiyi cografi ərazi, malik olduqları hərbi güç, İslamabadın nüvə potensialı, Azərbaycanın enerji qaynaqları, nəqliyyat dəhlizləri və s. bir çox dövlətlərin diqqətini Bakıya yönəltdi. Buna görə də üçtərəfli format təsadüfi deyil. Ayrı-ayrılıqda əməkdaşlıq etdiyimiz tərəfdaş ölkələri çoxtərəfli formatlarda birləşdirmək hər üç ölkənin maraqlarına cavab verir. Bu gün görüşdə qəbul edilmiş Bakı Bəyannaməsi gələcək əməkdaşlıq üçün yol xəritəsi ola bilər.

Həll olunmayan münaqişələr regionun sabitliyinə və təhlükəsizliyinə ciddi təhdiddir. Azərbaycan, Türkiyə və Pakistan müəyyən məsələlərdə ortaq mövqe nümayiş etdirməklə bərabər, həm də hərbi məsələlərdə müttəfiq kimi çıxış edirlər. Bu çox önəmli məsələdir. Çünki Pakistan müsəlman dünyasında nüvə silahına malik yeganə dövlətdir. Hərbi sahədə hər üç ölkənin sıx əməkdaşlıq edəcəyi şübhəsizdir.

Azərbaycan belə formatda Türkiyə, İran, Gürcüstan, Rusiya, Qazaxıstan və başqa ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq edir, bu əlaqələr müxtəlif sazişlərlə tənzimlənir. Tək hərbi sahədə tərəfdaşlıq etdiyimiz Pakistanın da bu formata qoşulması yeni bir güc mərkəzinin yaranmasına səbəb ola bilər. Əgər sadalanan dövlətlərini hərbi güc baxımından analiz etsək görərik ki, bu konsepsiya əslində əsassız deyil.

Tarixən türk və müsəlman dövlətləri özlərini nə qədər də dost və qardaş dövlət adlandırsalar da bunu siyasi-hərbi aspektdə real və tam dolğun şəkildə ifadə edə bilməyiblər. Zaman- zaman müxtəlif formatlarda əməkdaşlıq layihələri həyata keçirilib. Məsələn, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb. Hazırda, 60-a yaxın dövləti özündə birləşdirir.

Digər bir təşkilat- Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı- D8 qurulub. D8 ilk dəfə 15 iyun 1997 tarixində ölkələrin dövlət və hökumət başçılarının iştirakıyla İstanbulda, Türkiyənin dövr başçılığında rəsmi olaraq toplanıb. 2017-ci ildə son sammit də Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçirilib.

1993-cu ildə Azərbaycan, Qazağıstan, Qırğızstan, Türkiyə və Türkmənistanın iştirakı ilə TÜRKSOY yaradıldı. Sonradan Qaqauz, Şimali Kipr, Tatarsatan, Tuva, Altay, Xakasiya və Yakutiya respublikaları da bu təşkilata qoşuldu. 2015-ci ildə Rusiya mədəniyyət naziri Vladimir Medenski Rusiyaya aid respublika rəhbərlərinə təşkilatdan dərhal ayrılmaları haqda teleqram göndərdi. Tatarstandan başqa bütün Rusiya subyektləri təşkilatdan ayrıldı.

Türk PA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir. Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur. Sadalanan təşkilatlar bu gün də fəaliyyət göstərir, amma real təsir gücunə malik deyil.

Bu qədər ortaq layihədən heç biri tamhəcmlı hərbi, siyasi və iqtisadi mexanizmləri olan ittifaqa çevrilə bilməyib.

Buna baxmayaraq, çoxsaylı dövlətlərin içində həm səmimi dost, həm də əsl tərəfdaş sınaqlarını dəfələrlə keçən üç dövlətin bir formatda birləşməsi bölgədə günü-gündən dəyişən regional və qlobal dəyişikliklərdən qaynaqlanır.

Turkiyə Suriya və İrak sərhədində PKK ilə, Azərbaycan Dağlıq Qarabağda erməni işğalı ilə, Pakistan Kəşmirdə Hindistanla mübarızə aparır. Ortaq problemlərin bənzər olması üç qardaş ölkənin hərbi, siyasi və iqtisadi baxımdan birləşməsinin əsas şərtlərindən biridir. Əvvəllər tək hərbi sahədə tərəfdaşlıq etdiyimiz Pakistanin da bu formata qoşulması yeni bir güc mərkəzinin yaranmasına səbəb ola bilər. Yeni yaradılan ittifaq hər üç ölkəni mövcud təhlükələrlə daha effektiv mübarizə aparmasına imkan verəcək. Əgər sadalanan dövlətləri hərbi güc baxımından analiz etsək görərik ki, bu konsepsiya əslində əsassız deyil. Gələcəkdə digər ölkələrin də bu ittifaqa qoşulma ehtimalı var.

İlk görüləcək tədbir isə, ortaq hərbi doktrina yaradılması, hərbi-strateji tərəfdaşlıq və hərbi yardım haqqında müqavilələrin imzalanmasıdır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Türkiyə-Pakistan  

Azərbaycan, Türkiyə və Pakistan ortaq hərbi doktrina qəbul etməlidir – Hərbi ekspert

2017/12/24197218_1500864470032167_1772548720_o5454_1512295482.png
Oxunub: 3744     18:00     03 Dekabr 2017    