KXDR ilk dəfə yeni “Xvason-15” raketinin atış kadrlarını göstərdi – VİDEO

2017/11/1509896347345345_1512039521.jpg
Oxunub: 532     18:54     30 Noyabr 2017    
KXDR mərkəzi televiziyası ilk dəfə “Xvason-15” raketinin hazırlanmasının və atış kadrlarını nümayiş etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu kadrlar Yaponiyanın NHK telekanalı vasitəsilə göstərilib.

Telekameralar qaranlıq gecədə atış kompleksində dayanan raketin kadrları və onun atış kadrlarını həkk etməyə nail olublar.

Yapon mütəxəssisləri qeyd ediblər ki, bu növ özüyeriyən atış platformasını ilk dəfə görürlər – o hər tərəfdən 9 təkərlə təchiz edilib.

Xatırladaq ki, KXDR çərşənbə axşamı gecə saatlarında Yaponiyannı iqtisadi zonasında Aomori prefekturasından 250 kilometr şimala düşən raket atışı həyata keçirib.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Xvason-15  


Bizi "telegram"da izləyin