Ordu.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi HƏMAS-ın qruplaşmaları tərəfindən silah saxlamaq üçün istifadə edilən üç obyekt olub.
Ordudan anbarlarda minaatan mərmiləri, tank əleyhinə raket qurğuları, partlayıcı qurğular, odlu silahlar və digər silah növlərinin olduğu bildirilib.
İsrail tərəfi silahların Qəzza zolağında fəaliyyət göstərən hərbi qulluqçulara, eləcə də ölkənin mülki əhalisinə qarşı təhdidi aradan qaldırmaq üçün məhv edildiyini vurğulayıb.
Ordu.az