Qeşm adası, Cask və Sirikdə partlayışa bənzər səslər eşidilib

2026/03/1772716761.jpg
Oxunub: 183     08:22     13 İyun 2026    
İranın Hörmüzqan əyalətində yerləşən Qeşm adasının, eləcə də Cask və Sirik rayonlarının sakinləri partlayışa bənzər səslər eşitdiklərini bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, yerli mənbələr regionun müxtəlif nöqtələrində yüksək səslərin eşidildiyini və bunun əhali arasında narahatlıq yaratdığını təsdiqləyiblər.

Qeşm, Sirik və Cask rayonlarının bəzi yaşlı sakinləri də mənşəyi məlum olmayan bir neçə güclü partlayış səsinə bənzər gurultular eşitdiklərini bildiriblər.

Fars agentliyinin məlumatına görə, məlumatlı mənbələr qeydə alınan səslərin Hörmüz boğazında qaydaları pozan gəmilərə xəbərdarlıq məqsədilə açılmış atəşlərlə bağlı ola biləcəyini istisna etmirlər.

Bununla yanaşı, regional mənbələr həmin ərazilərdə hər hansı obyektin vurulması və ya zərər görməsi barədə yayılan məlumatları təkzib ediblər.

Xəbər İran ərazisinə qarşı ABŞ-nin son hərəkətlərindən sonra “Xatəm əl-Ənbiya” Mərkəzi Komandanlığının Hörmüz boğazından keçidin məhdudlaşdırılması və qaydaları pozan gəmilərə qarşı güc tətbiq edilə biləcəyi barədə xəbərdarlığı fonunda yayılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qeşm   Cask   Sirik  


Bizi "telegram"da izləyin