Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Doğru Vəd 3” əməliyyatı və müharibənin ildönümü münasibətilə yayılan bəyanatda Tehran rəhbərliyinin 1980-ci illərin müharibə təcrübəsinə və sonrakı qarşıdurmalardan əldə edilən dərslərə əsaslandığı vurğulanıb.
SEPAH bildirib ki, İran rəqib qüvvələrin bütün hərəkətlərinə dair tam kəşfiyyat məlumatına malikdir və istənilən təhdidə dərhal cavab verməyə hazırdır.
Bəyanatda qeyd olunub ki, İran İslam Respublikası əvvəlki müharibələrdən əldə olunan təcrübəyə söykənərək hər zamankından daha güclü mövqedədir.
Qurum həmçinin bəyan edib ki, düşmən tərəfin hər hansı təhdidi, təcavüzü və ya yanlış hesablaması halında sərt, dərhal və ağrılı cavab veriləcək.
SEPAH vurğulayıb ki, Tehran düşmən addımı kimi qiymətləndirdiyi istənilən hərəkətə qarşı dərhal və qəti reaksiya göstərməyə hazırdır.
Sevinc Əliyeva
Ordu.az