ABŞ hərbçiləri Hörmüz boğazında ticarət gəmilərini hədəf alan İran dronlarını vurub

2026/04/1775547044.jpg
Oxunub: 250     08:55     13 İyun 2026    
ABŞ Silahlı Qüvvələri Vaşinqtonun Hörmüz boğazında İranın ticarət gəmilərinə hücuma hazırlaşdığını iddia etdiyi bir neçə dronunu vurub.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

"İran Hörmüz boğazından keçən ticarət gəmilərinə zərbə endirmək üçün bir neçə hücum dronunu işə salıb. ABŞ qüvvələri son saatlarda bütün dronları vurub və boğazdan gəmilərin hərəkəti maneəsiz davam edir", - bəyanatda deyilir.

CENTCOM beynəlxalq ticarət dəhlizinin gəmiçilik üçün açıq qaldığını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz   İran  


Bizi "telegram"da izləyin