Ordu.az-ın məlumatına görə, o, bunu "Truth Social" sosial media platformasında yazıb.
Trampın sözlərinə görə, zərbə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı tərəfindən Venesuela tərəfi ilə koordinasiyalı şəkildə həyata keçirilib.
"Mənim göstərişimlə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı ildırımsürətli zərbə endirərək, "Tren de Aragua" qruplaşmasının bədnam lideri Nino Herreronu uğurla zərərsizləşdirib", - o bildirib.
Amerika lideri qeyd edib ki, əməliyyat ABŞ-nin yaxşı əməkdaşlıq etdiyi Venesueladakı tərəfdaşları ilə sıx koordinasiyalı şəkildə həyata keçirilib. O, həmçinin xatırladıb ki, ABŞ əvvəllər qruplaşmanı terror təşkilatı siyahısına salıb.
Ordu.az