Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edir ki, seçkilərdən əvvəl Rusiyadan gələn seçicilərlə bağlı müxtəlif ehtimallar səsləndirilirdi.
“Geniş yayılmış fikir belə idi ki, iyunun 7-də keçirilən seçkilərdə iştirak etmək üçün Rusiyadan gələn Ermənistan vətəndaşları ya Rusiya hakimiyyətinin təşəbbüsü ilə, ya da müxalifətin səyləri nəticəsində gəlib və müxalifətə səs verəcəklər”, - deyə məqalədə bildirilib.
Nəşrin məlumatına görə, Novemberyan icmasında Rusiyadan gəlmiş azı üç nəfərlə söhbət aparılıb.
“Onların hamısı Nikol Paşinyanın və “Vətəndaş Müqaviləsi” partiyasının tərəfdarları idi. Onlardan biri Voskepar kəndindən olan keçmiş yüksək vəzifəli hərbçi, digəri Berd şəhərindən, üçüncüsü isə Berd rayonunun Movses kəndindən idi. Həmin şəxslər xüsusi olaraq Rusiyadan Ermənistana gələrək “Vətəndaş Müqaviləsi” partiyasına səs veriblər”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az