Ordu.az xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
M.Əhmədzadənin sözlərinə görə, Azərbaycan səfirliyində Niderlandın Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Reyn Dekkers və bu ölkənin XİN-in nəqliyyat əlaqələri məsələləri üzrə xüsusi nümayəndəsi Bernhard Kelkes ilə görüş keçirilib.
"Niderland XİN-in nəqliyyat infrastrukturu məsələləri üzrə xüsusi elçisi Bernhard Kelkesi və Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi elçisi Reyn Dekkersi onların bu yaxınlarda Azərbaycana etdikləri səfərdən sonra əməkdaşlığın genişləndirilməsi imkanlarına dair dəyərli fikir mübadiləsi aparmaq üçün səfirliyimizdə salamlamaqdan məmnunuq", - səfir qeyd edib.
Xatırladaq ki, iyunun 3-də Niderlandın Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Reyn Dekkers və bu ölkənin XİN-in əlaqələr məsələləri üzrə xüsusi nümayəndəsi Bernhard Kelkes Azərbaycana səfər edib və bir sıra rəsmi şəxslə görüşlər keçiriblər.
Ordu.az