“Joğovurd”: Rusiya Ermənistanda keçirilən seçkilərin nəticələrini rəsmən tanımaya bilər

2026/06/1781328324.jpg
Oxunub: 220     09:20     13 İyun 2026    
Rusiyanın Ermənistanda 2026-cı il iyunun 7-də keçirilən seçkilərin nəticələrini rəsmən tanımaya biləcəyi ilə bağlı ehtimallar səsləndirilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, indiyədək rəsmi Kreml tərəfindən Nikol Paşinyana təbrik mesajı göndərilməyib. Bu isə seçkilərdən dərhal sonra Paşinyanı təbrik edən bir sıra Qərb ölkələrinin liderlərinin mövqeyindən fərqlənir.

Nəşrin mənbəsinin sözlərinə görə, Rusiya hakimiyyəti seçkilərin nəticələrini sadəcə nəzərə ala bilər, lakin təbrik mesajı göndərməməklə Paşinyanın anti-Rusiya siyasətinə münasibətini nümayiş etdirə bilər.

“Paşinyan iyunun 12-də Rusiya Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb. Ermənistanın baş naziri müraciətində qeyd edib ki, əvvəlki nəsillərin əmək nailiyyətləri, “hərbi qəhrəmanlıqları”, dözümlülüyü və “vətən naminə fədakarlığı” gələcək nəsillər üçün də nümunə olaraq qalacaq.

Paşinyan Moskva ilə fikir ayrılıqlarını aradan qaldırmaq və münasibətləri bərpa etmək üçün addımlar atmağa çalışacaq. Bununla belə, Rusiya rəhbərliyinin necə davranacağı hələlik məlum deyil”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin