Ordu.az xəbər verir ki, bu barədə “Tehran Times” nəşri məlumat yayıb.
Əraqçinin sözlərinə görə, müzakirə olunan qarşılıqlı anlaşma memorandumu bir sıra istiqamətləri, o cümlədən Livandakı vəziyyət və hərbi əməliyyatların dayandırılması məsələlərini əhatə edir.
Nazir qeyd edib ki, mümkün razılaşmalar çərçivəsində ABŞ hərbi əməliyyatlara başlamamaq və təhdidlərdən çəkinmək öhdəliyi götürməli, tərəflər isə bir-birinin suverenliyinə hörmət etməlidir.
Onun sözlərinə görə, müzakirələrdə Hörmüz boğazı, dəniz blokadasının aradan qaldırılması, bərpa və iqtisadi inkişaf mexanizmləri də yer alır. Həmçinin dondurulmuş İran aktivləri ilə bağlı mexanizmin razılaşdırıldığı bildirilib.
Əraqçi vurğulayıb ki, tərəflər bir-birinin suverenliyinə hörmət etməlidir və ABŞ ilk dəfə olaraq İranın daxili işlərinə qarışmamaq öhdəliyi götürəcək.
Nazir əlavə edib ki, hazırkı mərhələ yekun saziş deyil və birinci mərhələnin şərtləri yerinə yetirilmədən ikinci mərhələyə keçid mümkün olmayacaq.
O, həmçinin bildirib ki, İran əvvəlki razılaşmaların icrası zamanı yaranmış problemləri nəzərə alır və gələcəkdə də oxşar çətinliklərin yarana biləcəyini istisna etmir.
Əraqçinin sözlərinə görə, Tehran qarşı tərəfin öhdəliklərdən yayınmasının qarşısını almaq üçün bütün mümkün mexanizmləri nəzərdən keçirir.
Sevinc Əliyeva
Ordu.az