Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokundan baş nazirliyə namizəd Robert Köçəryan jurnalistlərə açıqlamasında deyib.
Köçəryanın sözlərinə görə, onların siyasi qüvvəsi bu mübarizənin ən azı iki böyük mərhələsindən keçib.
“Məqsədimizə çatmışıqmı? Xeyr. Amma buna baxmayaraq, elə bir məqam görmürəm ki, deyim biz daha çox şey edə bilərdik, amma etmədik. Bu faktdır. İndi isə imkanlar əslində daha çoxdur. Həm mandatların sayı baxımından, həm də daha çox mandat əldə etmiş, yeni və daha təzə simalarla çıxış edən başqa siyasi qüvvə də var. Hesab edirəm ki, bu, mübarizə baxımından yeni və maraqlı imkanlar açır”, - deyə o bildirib.
Erməni müxalifət lideri qeyd edib ki, mövcud hakimiyyətin legitimliyi bütün dövr ərzində sual altında olacaq.
“Bu, əvvəllər olmayıb. Mən həmçinin müşahidə etdim ki, müxalifət səsləri kəskin şəkildə artıb. Əslində, hətta ləğv edilmiş səsləri də nəzərə alsaq, onların böyük hissəsi müxalifət səsləridir. Bu rəqəm 600 mindən çoxdur. Əgər onların 10 faizi küçələrə çıxsa, bu hakimiyyətin taleyini bir il ərzində həll etmək üçün kifayət edər”, - deyə Köçəryan vurğulayıb.
Erməni siyasətçinin fikrincə, bunun üçün lazımi potensial mövcuddur.
O qeyd edib ki, bu potensialdan necə istifadə olunacağı həm müxalifətin özündən, həm də hazırda Ermənistanda formalaşmış siyasi vəziyyətin gələcək inkişafından asılı olacaq.
Alpər Mövludoğlu
Ordu.az