Əraqçi: “İran və ABŞ arasında İslamabad anlaşma memorandumu yekunlaşmağa heç vaxt bu qədər yaxın olmayıb”

2026/05/1777637028.jpg
Oxunub: 214     09:24     13 İyun 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran və ABŞ arasında İslamabad anlaşma memorandumu indiyədək heç vaxt yekun mərhələyə bu qədər yaxın olmayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Əraqçi qeyd edib ki, sənəd layihəsi hazırda ən irəliləmiş müzakirə mərhələsindədir.

Onun sözlərinə görə, memorandumun yekun razılaşdırılmasına qədər kütləvi informasiya vasitələri sənədin məzmunu ilə bağlı fərziyyələrdən çəkinməlidirlər.

İranlı diplomat vurğulayıb ki, Tehranın məsuliyyətli və şəffaf yanaşmasına uyğun olaraq bütün detallar uyğun vaxtda ictimaiyyətə açıqlanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran   ABŞ  


Bizi "telegram"da izləyin