Roma Papasının Tenerifedən uçuşu təyyarədəki texniki nasazlığa görə təxirə salınıb

2026/06/1781295711.jpg
Oxunub: 217     00:21     13 İyun 2026    
Roma Papası XIV Leonun İspaniyanın Tenerife adasından Romaya planlaşdırılan uçuşu təyyarədə yaranmış texniki nasazlıq səbəbindən təxirə salınıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Bir həftə davam edən İspaniya səfərini başa vuran pontifik artıq “Iberia” aviaşirkətinə məxsus təyyarəyə minmişdi.

İspaniya kralı VI Felipe onu uçuş zolağı yaxınlığında yola salmaq üçün hava limanına gəlmişdi. Lakin vida mərasimindən qısa müddət sonra həm Papa, həm də kral təyyarəni tərk edərək terminala geri qayıtmalı olublar.

Papa səfərinin kommunikasiya xidmətinin məlumatına görə, təyyarədə yaranmış texniki problem səbəbindən reys təxminən yarım saat gecikib. Nasazlığın səbəbi barədə rəsmi məlumat açıqlanmayıb.

Problemlə bağlı sərnişinlərə ekipaj komandiri məlumat verib. Gecikmə zamanı təyyarədə təxminən 80 jurnalist, Vatikan nümayəndələri və din xadimləri olub. Roma Papası İspaniya üzrə yeddi günlük səfərini başa vururdu.

O, cümə günü qonşu Qran Kanariya adasından Tenerifeyə gəlmişdi və əvvəlki gündən həmin adada səfərdə idi. Texniki nasazlıq aradan qaldırıldıqdan sonra pontifikin Romaya qayıtması nəzərdə tutulurdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   XIV-Leo  


Bizi "telegram"da izləyin