Ordu.az xəbər verir ki, bu barədə “Armlur” nəşri məlumat yayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl istintaq orqanı Artyom Xaçatryanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim etmişdi.
Qeyd edək ki, 2026-cı il iyunun 5-də Ermənistan İstintaq Komitəsi vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə bağlı cinayət işi barədə məlumat vermişdi. Həmin iş üzrə təqsirləndirilən şəxslərdən biri Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyandır.
Qaqik Xaçatryanın oğlu Artyom Xaçatryan da vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllərə yardım etmə, qrup halında xüsusilə külli miqdarda çirkli pulların yuyulması və bu prosesə yardım etmə ittihamları ilə cinayət işi üzrə keçir.
Bundan əvvəl onun barəsində hər hansı qətimkan tədbiri seçilməmişdi.
İyunun 5-də seçki rüşvəti vermə və alma faktları ilə bağlı başlanmış cinayət işi çərçivəsində Dövlət Əmlakının İdarə Edilməsi İdarəsinin keçmiş rəisi Arman Sahakyan da iki ay müddətinə həbs edilib. O, hazırda Armavir cəzaçəkmə müəssisəsində saxlanılır.
Həmçinin həmin gün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin araşdırdığı başqa bir cinayət işi çərçivəsində Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan bir ay müddətinə həbs olunub.
Komitənin məlumatına görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.
Qaqik Beqlaryan hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır.
Alpər Mövludoğlu
Ordu.az