Ordu.az-ın məlumatına görə, bunu ticarət platformasının məlumatları göstərir.
Cümə günü şirkət 555,6 milyon səhmini hər biri 135 dollara yerləşdirib. "Nasdaq" elektron birjasında ticarət 150 dollar səviyyəsində başlayıb, sessiya ərzində 176,5 dollaradək yüksəlib və sonra 161 dollara bağlanıb.
Bu fonda İlon Maskın xalis sərvəti ilk dəfə 1 trilyon dolları keçib. "Forbes"in məlumatına görə, onun xalis sərvəti 1,1 trilyon dollar olaraq qiymətləndirilir.
Dünyanın ən varlı insanları siyahısında ikinci yerdə "Google"un həmtəsisçisi Larri Peyc qərarlaşıb. Onun xalis sərvəti 294,1 milyard dollardır.
Ordu.az