WSJ: ABŞ-nin bir neçə ştatının baş prokurorları "OpenAI" ilə bağlı araşdırmalara başlayıb

2026/03/1772639015.jpg
Oxunub: 239     05:13     13 İyun 2026    
ABŞ-nin bir neçə ştatının Baş Prokurorlar Koalisiyası "ChatGPT" çatbotunun yaradıcısı "OpenAI" ilə bağlı araşdırmaya başlayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, 12 iyunda şirkət daxili siyasəti, reklam fəaliyyəti, istifadəçi məlumatlarının emalı, dərin öyrənmə modelləri və yetkinlik yaşına çatmayanlar, yaşlılarla iş ilə bağlı sənədlərin tələb olunduğu çağırış vərəqəsi alıb.

"OpenAI"ın nümayəndəsi qəzetə bildirib ki, şirkət ştatların baş prokurorları tərəfindən qaldırılan narahatlıqları ciddiyə alır və hakimiyyət orqanları ilə konstruktiv şəkildə əlaqə saxlamağa hazırdır.

İstintaqla bağlı hələlik əlavə təfərrüatlar açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: OpenAI   ABŞ  


Bizi "telegram"da izləyin