Ermənistan MSK yenidən hesablamanın nəticələrini açıqlayıb: Paşinyanın partiyasının səsləri 1148 artıb

2026/06/1781293018.jpg
Oxunub: 217     23:36     12 İyun 2026    
Ermənistan Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları tərəfindən aparılan yenidən hesablamaların nəticələrini yekunlaşdırıb.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, ümumilikdə 637 seçki məntəqəsində səsvermənin nəticələri yenidən hesablanıb.

Nəticələrə əsasən, bir sıra partiya və blokların səslərində dəyişiklik qeydə alınıb.

“Reformistlər Partiyası”nın səsləri 11 azalaraq 1456 olub.

“Hamıya Qarşıyam” Demokratik Partiyasının səsləri 244 azalaraq 21 min 477-yə düşüb.

“Güclü Ermənistan” blokunun səsləri 508 artaraq 340 min 88 olub.

Ermənistan “Şnorhapetakan” Partiyasının səsləri 117 azalaraq 30 min 807 təşkil edib.

“Yeni Güc” Reformist Partiyasının səsləri 21 azalaraq 25 min 624 olub.

“Birliyin Qanadları” Partiyasının səsləri 56 azalaraq 33 min 644 təşkil edib.

“Çiçəklənən Ermənistan” Partiyasının səsləri 147 artaraq 58 min 378 olub.

“Milli Demokratik Qütb” Ümumerməni Partiyasının səsləri 5 artaraq 5485-ə çatıb.

“Koçari Milli Dirçəliş və Millətin Oyanışı” Partiyasının səsləri 1 artaraq 1984 olub.

“Erməni Milli Konqresi” Partiyasının səsləri 47 azalaraq 3206 təşkil edib.

“Respublika” Partiyasının səsləri 8 artaraq 15 min 835 olub.

Xristian-Demokrat Partiyasının səsləri dəyişməyərək 2679 qalıb.

“Demokratik Birlik” Partiyasının səsləri 14 azalaraq 5284 olub.

“Demokratiya Qanun Nizam” Partiyasının səsləri 819 azalaraq 26 min 567 təşkil edib.

“Vətəndaş Müqaviləsi” Partiyasının səsləri isə 1148 artaraq 727 min 820-yə yüksəlib.

“Hayastan” Partiyalar Alyansının tərkibində olan Daşnaksütunvə “İrəli” Sağ Mərkəz Partiyasının səsləri 217 artaraq 145 min 113 olub.

“Respublika Demokratiyasının Müdafiəçiləri Naminə Alyans” Partiyasının səsləri 18 artaraq 6750-yə çatıb.

“İşıqlı Ermənistan” Partiyasının səsləri isə 55 artaraq 7258 olub.

Ermənistan MSK-nın məlumatına görə, qeydə alınmış uyğunsuzluqların ümumi sayı 230 artaraq 1279-dan yüksək göstəriciyə çatıb.

Etibarsız hesab olunan bülletenlərin sayı isə 859 azalaraq 17 min 97-dən aşağı düşüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK   Seçki  


Bizi "telegram"da izləyin