Ordu.az-ın məlumatına görə, bu barədə şirkət açıqlama yayıb.
"Anthropic"in məlumatına görə, ABŞ hökuməti milli təhlükəsizlik narahatlıqlarını əsas gətirərək, şirkətin xarici vətəndaşlığı olan işçiləri də daxil olmaqla, həm ABŞ daxilində, həm də xarici ölkələrdə olan bütün xarici vətəndaşlar üçün modellərə girişi bloklayan ixrac nəzarəti direktivi verib.
"Bu direktivin nəticəsi olaraq, bütün istifadəçilər üçün "Fable 5" və "Mythos 5"i təcili olaraq deaktiv etmək məcburiyyətində qalırıq", - şirkət bildirib.
Şirkət müvafiq direktivi 12 iyun axşam aldığını bildirib. Lakin şirkət iddia edir ki, sənəddə mümkün milli təhlükəsizlik təhdidləri barədə konkret məlumat yoxdur. Firma nümayəndələri bildiriblər ki, hakimiyyət orqanları modellərin təhlükəsizlik məhdudiyyətlərini aşmaq üçün aşkar etdikləri bir üsulu yalnız şifahi şəkildə bildiriblər.
Şirkət hökumətin tələbini yerinə yetirdiyini vurğulayıb, lakin aşkar edilmiş zəifliyi kommersiya modellərini dayandırmaq üçün kifayət qədər əsas hesab etməyib.
"Antropic" xəbərdarlıq edib ki, bu cür tədbirlərin bütün sənayeyə tətbiqi faktiki olaraq yeni süni intellekt sistemlərinin buraxılmasını ləngidə bilər.
Ordu.az