Ordu.az xəbər verir ki, bu barədə NOTUS nəşri məlumat yayıb.
Qabbard “X” platformasında rəsmi hökumət hesabı vasitəsilə yayımladığı videoda belə laboratoriyaların mövcudluğunu və maliyyələşdirilməsini təsdiqlədiyini iddia etdiyi sənədləri açıqladığını bildirib.
Onun sözlərinə görə, həmin laboratoriyaların mövcudluğu və maliyyələşdirilməsi ilə bağlı sübutlar indiyədək ABŞ ictimaiyyətindən qəsdən gizlədilib.
Qabbard qeyd edib ki, açıqlanan materiallar laboratoriyaların tarixi, yerləşdiyi məkanlar və maliyyə mənbələri barədə yeni məlumatlar ortaya qoyur. O, həmçinin təsirli dairələrin bu məlumatları qəsdən gizlətdiyini iddia edib.
Milli Kəşfiyyat İdarəsinin rəhbəri bildirib ki, qurumu xarici laboratoriyaların müəyyənləşdirilməsi və virusların xüsusiyyətlərinin gücləndirilməsi istiqamətində aparılan tədqiqatların araşdırılması işini davam etdirəcək.
Bununla yanaşı, ABŞ mediası Qabbardın təqdim etdiyi sənədlərin əsasən ictimaiyyət üçün açıq məlumatlardan ibarət olduğunu vurğulayıb. Bildirilib ki, sənədlərdə Ukraynadakı elmi obyektlər, o cümlədən ABŞ Müharibə Nazirliyinin maliyyələşdirdiyi əvvəllər də məlum olan müəssisələr barədə məlumatlar yer alır.
Məlumata görə, materialların böyük hissəsi ABŞ-nin Ukraynadakı səfirliyinin saytında yerləşdirilən “Bioloji Təhdidlərin Azaldılması Proqramı” çərçivəsində yayımlanmış məlumatlarla üst-üstə düşür.
Qeyd edək ki, Qabbard 2022-ci ildə də oxşar bəyanatlarla çıxış etmiş və buna görə bəzi siyasətçilər tərəfindən Rusiyanın təbliğat tezislərini təkrarlamaqda ittiham olunmuşdu.
Sevinc Əliyeva
Ordu.az